• 21 Sentyabr 2020
logo
Yeni tədris ilində təhsil alacaq sağlamlıq imkanları məhdud uşaqların sayı açıqlanıb

Yeni tədris ilində təhsil alacaq sağlamlıq imkanları məhdud uşaqların sayı açıqlanıb

Növbəti tədris ilində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəb, xüsusi internat məktəbi və ümumtəhsil məktəblərinin nəzdində xüsusi siniflərdə təhsil alacağı gözlənilən şagird sayı açıqlanıb.

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2020/2021-ci tədris ilində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəb, xüsusi internat məktəbi və ümumtəhsil məktəblərinin nəzdində xüsusi siniflərdə təhsil alacağı gözlənilən şagird sayı 6937 nəfərdir. Onlardan 759 nəfəri isə I sinifdə təhsil alacaq.