• 29 Mart 2024
logo
"Son zəng"i çalınanlar

"Son zəng"i çalınanlar

Bu gün Azərbaycanın ümumtəhsil müəssisələrində "Son zəng" çalınıb.
Trend-in məlumatına görə, "Son zəng" 2016-cı ildən tədris ilinin müddətinin iyunun 14-dək uzadılması ilə əlaqədar olaraq iyunun 14-də keçirilir.
Qeyd edək ki, 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirib.
2018-2019-cu tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirib.