• 25 Sentyabr 2020
logo
Onlayn imtahanların keçirilməsi üçün "ProctorDİM" adlı xüsusi proqram təminatı hazırlanıb

Onlayn imtahanların keçirilməsi üçün "ProctorDİM" adlı xüsusi proqram təminatı hazırlanıb

Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən onlayn imtahanların keçirilməsi üçün "ProctorDİM" adlı xüsusi proqram təminatı hazırlanıb.

DİM-dən verilən məlumata görə, iştirakçılar yeni növ onlayn sınaq imtahanı vermək vərdişlərini formalaşdırmaq, eləcə də proqramdan istifadə bacarıqlarını yoxlaya bilərlər.

Proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü video nəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.