• 19 Aprel 2024
logo
Ramin Bayramlı: "İnsanlar qaydalara əməl etsə və xəstələrin sayı azalsa, həftə sonu qadağalar götürülə bilər"

Ramin Bayramlı: "İnsanlar qaydalara əməl etsə və xəstələrin sayı azalsa, həftə sonu qadağalar götürülə bilər"

“Baş Nazir sabah çıxış edəcək. Tibbi bölmənin təklifi ilə hansı məhdudiyyətlərin tətbiq olunacağı qərarlarda əksini tapacaq”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı isə deyib ki, insanlar maskadan istifadə etsələr, sosal məsafəni qorusalar, xəstələrin sayı azalsa, yenidən yumşalmaya gedilə, həftə sonu qadağalar götürülə bilər: “Biz ona görə bu gün insanlarımıza müraciət edirik.

Hamımızın arzusudur ki, vətəndaşlar metodik göstərişlərdəki qaydalara əməl etsinlər, biz yavaş-yavaş normal həyata dönək"