• 29 Sentyabr 2020
logo
Qərargah: Məhdudiyyətlər KİV-ə də şamil oluna bilər

Qərargah: Məhdudiyyətlər KİV-ə də şamil oluna bilər

"Həftə sonları kütləvi informasiya vasitələrinin işləməsi məsələsi hələlik bəlli deyil". Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, bu məsələ Baş Nazirin çıxışından sonra bilinəcək: “Ola bilsin ki, məhdudiyyətlər Kütləvi İnformasiya Vasitələrinə də şamil ediləcək, mümkündür ki, məhdud sayda televiziya əməkdaşına işləməyə icazə veriləcək".