• 19 Mart 2025
logo
"Azərkosmos" Afrika şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

"Azərkosmos" Afrika şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

“Azərkosmos” ASC Afrika regionunda telekommunikasiya və internet xidmətləri üzrə provayder olan “Space Engineering” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

ASC-dən verilən məlumata görə, əməkdaşlığa əsasən “Space Engineering” provayderi vasitəsilə “Mwangaza” televiziya və radio kanalları “Azerspace-1” peyki üzərindən yayımlanacaq.

Keniya Respublikasında yayımlanan və təxminən 50 milyona yaxın izləyici və dinləyici auditoriyasına malik olan “Mwangaza” kanalında ingilis dilində gündəlik xəbərlər və sosial-iqtisadi mövzulu proqramlar nümayiş olunur.

Bundan əlavə “Space Engineering” Şərqi Afrika regionunda “Azerspace-1” peykinin resursları vasitəsilə müştərilərinə data xidmətləri təqdim edəcək.