• 29 Sentyabr 2020
logo
Parlamentin komitə sədri Aqşin Əlizadənin xatirəsinin əbədiləşdirilməsi üçün Baş Nazirə müraciət edib

Parlamentin komitə sədri Aqşin Əlizadənin xatirəsinin əbədiləşdirilməsi üçün Baş Nazirə müraciət edib

Bir qrup ziyalı Xalq artisti, professor, görkəmli bəstəkar Aqşin Əlizadənin xatirəsinin əbədiləşdiriməsi məqsədilə onun evinin önünə xatirə lövhəsi qoyulması ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya müraciət edib.

Qənirə Paşayeva bu müraciəti dəstəkləyərək ziyalıların bu təşəbbüsünün reallaşması üçün Baş Nazir Əli Əsədova və Mədəniyyət Nazirliyinə müraciət ünvanlayıb.

Eyni zamanda Mədəniyyət komitəsinin sədri məsələ ilə bağlı Mədəniyyət nazirinin müavini Vaqif Əliyevlə danışaraq ziyalıların bu təşəbbüsünün həyata keçirilməsi üçün dəstək göstərmələrini xahiş edib.