• 27 Aprel 2024
logo
Məktəblərdə pedaqoji şuralar onlayn keçirilsin - TƏKLİF

Məktəblərdə pedaqoji şuralar onlayn keçirilsin - TƏKLİF

Mövcud şəraitdə məktəblərdə pedaqoji şuraların onlayn keçirilməsi təklidf edilir.

Bunu Təhsil Nazirliyinin əməkdaşı Anar Mirzəzadə deyib.

Onun sözlərinə görə, pedaqoji şuraları onlayn keçirmək mümkün olmursa, müəllimləri müəyyən qaydalar nəzərə alınmaqla dəvət edərək pedaqoji şuraları keçirmək olar. Pedaqoji şuralar ənənəvi formada nəzərdə tutulsa, onda bu, böyük otaqda keçirilməlidir.

A.Mirzəzadə əlavə edib ki, avqustun 20-29-da yenidən qiymətləndirmə keçirildikdən sonra pedaqoji şura olmalı və şagirdlərin sinifdən-sinfə keçirilməsi barədə qərar verilməlidir.