• 4 İyul 2020
logo
Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb

Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlanıb

Elektron ərizə verən subbakalavrların sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu gün saat 13:00-dək elektron ərizələr verən subbakalavrların sayı 3138-dir. Təsdiq olunan elektron ərizələrin sayı isə 1546-dır.

Qeyd edək ki, subbakalavrların elektron ərizə qəbulu 1–15 iyun tarixlərində internet vasitəsilə aparılır. Elektron ərizəsi təsdiqlənməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.