• 29 Mart 2024
logo
TƏBİB: Tütün məhsullarından istifadə edənlərin koronavirusa yoluxma riski çoxdur

TƏBİB: Tütün məhsullarından istifadə edənlərin koronavirusa yoluxma riski çoxdur

Tütün məhsullarından istifadə edənlərin koronavirusa yoluxma riski çəkməyənlərdən dəfələrlə çoxdur.
APA xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib.
Məlumatda qeyd olunub ki, siqaret çəkməyin insan beyninə olan ən önəmli zərəri, insult keçirmə riskini artırmasıdır. İnsult beyni qidalandıran damarların tıxanması və ya yırtılaraq qanaması nəticəsində beynimizin zərər gördüyü ölüm və ya iflic ilə nəticələnən hadisədir.
Bildirilib ki, siqaret çəkilərkən tənəffüs yollarında, ağciyərlərdə müxtəlif xəstəliklər əmələ gəlir. Bunlara ağciyər xərçəngi, xroniki bronxit, astma, müxtəlif infeksiyalar, hətta allergik xəstəliklər aiddir.
“Uzun müddət tütün məhsullarından istifadə etmək ürək xəstəlikləri və insult keçirmə riskini 2-4 dəfə artırır.
Siqaret mədənin ifrazını artırır və mədə xorası, mədə xərçənginin inkişafını asanlaşdırır. Siqaret çəkənlərin çəkməyənlərə nisbətən mədə və bağırsaq xərçənginə tutulma riski 2 dəfə çoxdur.
Siqaret çəkənlərdə çəkməyənlərə nisbətən görmənin itirilməsi riski 2 qat daha çoxdur. Bunun səbəbi də tütündən çıxan tüstünün gözlərə pis təsiri gözə gedən qan damarlarının tıxanma təhlükəsidir,-deyə məlumatda qeyd olunub.