• 29 Mart 2024
logo
“Sosial şəbəkələrdə terrora, qarşıdurmaya çağırışlar mütəmadi olaraq müşahidə olunur”

“Sosial şəbəkələrdə terrora, qarşıdurmaya çağırışlar mütəmadi olaraq müşahidə olunur”

Arzu Nağıyev: “Bu da müəyən ölkələrdə stabilliyin pozulmasına gətirib çıxarır”

“ABŞ Prezidenti Donald Tramp mayın 28-də “Onlayn senzuradan müdafiə barədə” Sərəncam imzalayıb. Sərəncamın mahiyyəti də ondan ibarətdir ki, ölkədə olan sosial şəbəkələrin fəaliyyəti ilə bağlı mühüm addımlar atılmalıdır”. Bu fikirləri “Xalq cəbhəsi”nə açıqlamasında millət vəkili Arzu Nağıyev səsləndirib. Onun sözlərinə görə, bununla bağlı Tramp açıqlama verdi ki, insanların söz azadlığı, hüquqlarının qorunması üçün bir sıra sosial şəbəkələrdə cavabdehlik azalıb: “Bunlar “Twitter”,“Facebook”, “Instagram” və “YouTube” kimi platformalara aiddir. Əsas məsələ ondan ibarətdir ki, müxtəlif sosial şəbəkələr senzuraya, eyni zamanda siyasətlə bağlı verdikləri yazılara cavabdeh deyillər. Buna görə də bunun qarşısı alınmalıdır. Tramp hətta “Twitter”in bağlana biləcəyi ilə bağlı açıqlama vermişdi. Əsas məsələ ondan ibarətdir ki, seçki qabağı müəyyən proseslərdə konservatorların səslərini sosial şəbəıkələrlə bağlayırlar, onların açıqlamalarını vermirlər. Bu əsasən “Twitter”ə aiddir. Eyni zamanda bu açıqlamaları sonradan başqa bir formada dövriyyəyə buraxırlar.
Yəni əsas məsələ ondan ibarətdir ki, sosial şəbəkələrdə müvafiq addımlar atılacaq. Bunu da ABŞ-ın bütün vətəndaşlarına göndərirlər. Həm də səsvermə prosesində çalışacaqlar ki, sosial şəbəkələr bu işlərə qarışa bilməsin. Yəni əsas məqam bundan ibarətdir.
Bundan başqa məlumdur ki, sosial şəbəkələrdə qeyri-etik davranılşlar, terrora, qarşıdurmaya çağırışlar mütəmadi olaraq müşahidə olunur. Bu da müəyən ölkələrdə stabilliyin pozulmasına gətirib çıxarır. Yəni bu bütün dünya döblətlərinə aiddir. Bu təkcə ABŞ kimi supergücün üzərində quuurulmayıb. Bir sıra dövlətləri də bu amil təhdid altında saxlayır. Söhbət beynəlxalq səviyyədə tənzimləmədən gedir. Eyni zamanda “Twitter”,“Facebook” və digər sosial şəbəkələrin də mərkləzləri məhz ABŞ-dadır. Bu proseslərdə bütün dövlətlər müvafiq addımlar atmalı, eyni zamanda Azərbaycan dövləti də müəyyən tədbirlər görməlidir. Trampın imzaladığı Sərəncam hüquqi qüvvəyə minəndən sonra düşünrəm ki, bütün dövlətlərdə müvafiq addımlar atılacaq”.

Əli Zülfüqaroğlu