• 20 Aprel 2024
logo
Müəllimlərin yerdəyişmə müsabiqəsində kimlərin iştirak edə bilməyəcəyi açıqlanıb

Müəllimlərin yerdəyişmə müsabiqəsində kimlərin iştirak edə bilməyəcəyi açıqlanıb

Müəllimlərin yerdəyişmə müsabiqəsində kimlərin iştirak edə bilməyəcəyi açıqlanıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, daimiləşmə müsabiqəsində uğur qazanmış müəllimlərlə 2020-2021-ci tədris ilində müddətsiz əmək müqaviləsi bağlanacaq. Bu səbəbdən həmin şəxslərin cari müsabiqədə iştirakı imkan xaricindədir.
Qeyd edək ki, iyunun 1-dən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılır. Müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az/yerdeyishme linki vasitəsilə qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu 5 iyun saat 23:59-da başa çatacaq.