• 24 Aprel 2024
logo
Bu gün havanın temperaturu iqlim normasından aşağı olub

Bu gün havanın temperaturu iqlim normasından aşağı olub - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 26-sı səhərədək olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.
Düşən yağıntının miqdarı Ağstafada 10 mm, Şərurda 5 mm, Gədəbəydə 4 mm, Balakən, Ceyrançöl, Tovuzda 2 mm, Şahbuz, Ordubad, Ağdərə (Ordubad), Naxçıvan, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Zaqatala, Qusar, Mingəçevir, Yevlax, Kürdəmir, Kişçay (Şəki), Xınalıqda 1 mm olub.
Qərb küləyi Naftalanda 26 m/s, Gəncədə 24 m/s, Bərdə, Xınalıqda 20 m/s, Mingəçevirdə 18 m/s, Naxçıvanda 16 m/s, Şəmkirdə 15 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda 16 m/s-dək olub.
Havanın temperaturu iqlim normasından 1.5 dərəcə aşağı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 19-22, Aran rayonlarında 20-26, dağlıq rayonlarda 8-13, Naxçıvan MR-da 20-23 dərəcə isti təşkil edib.
Qeyd edək ki, mayın 26-sı gündüz və mayın 27-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək.