• 2 Dekabr 2020
logo
NATO-da Açıq Səma Müqaviləsinin gələcəyi müzakirə olunacaq

NATO-da Açıq Səma Müqaviləsinin gələcəyi müzakirə olunacaq

NATO nümayəndələri Açıq Səma Müqaviləsinin gələcəyini müzakirə edəcək.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə NATO rəsmisi bildirib.

"Xüsusilə, Rusiyanın müəyyən bölgələr üzərində uçuşları məhdudlaşdırmasından narahatıq. Müttəfiqlər müqavilənin gələcəyi ilə bağlı məsləhətləşmələri davam etdirirlər və bu gün bu məsələni müzakirə etmək üçün NATO Əməkdaşlıq Şurası bir araya gələcək”, - deyə NATO rəsmisi deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkəsinin Açıq Səma Müqaviləsindən çıxacağını bəyan edib. O, Rusiyanın razılaşmaya riayət etməməsi səbəbindən bu qərara gəlindiyini bildirib.