• 1 İyun 2020
logo
Milli park və qoruqlar mayın 31-dən fəaliyyətini bərpa edə bilər

Milli park və qoruqlar mayın 31-dən fəaliyyətini bərpa edə bilər

“Mart ayından etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir sıra tədbirlər həyata keçirdi, milli parklar bağlı elan edildi”.

Bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

O bildirib ki, Qərargahın rəyindən asılı olaraq, yumşalma olsa, milli park və qoruqlar mayın 31-dən fəaliyyətini bərpa edəcək.