• 2 İyul 2025
logo
Xidmət rəisi: "Dezinfeksiyaedici maddənin istənilən halda ətraf mühitə neqativ təsiri var"

Xidmət rəisi: "Dezinfeksiyaedici maddənin istənilən halda ətraf mühitə neqativ təsiri var"

"Ətraf mühitə istənilən dezinfeksiyaedici maddənin buraxılmasının az da olsa, neqativ təsiri var"

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

O bildirib ki, amma ilk növbədə insan sağlamlığıdır: "Eyni zamanda biz bu barədə əlaqədar qurumlarla müzakirə aparmışıq. Xlor və digər dezinfeksiyaedici maddələrin konsentrantı az istifadə olunur ki, dezinfeksiya zamanı flora və fauna təsir minimuma endirilsin".