• 26 Noyabr 2020
logo
Azərbaycanda koronavirusa yoluxan 3631 nəfərdən 2253-ü sağalıb, 43 nəfər vəfat edib

Azərbaycanda koronavirusa yoluxan 3631 nəfərdən 2253-ü sağalıb, 43 nəfər vəfat edib

Hazırkı dövrədək ölkəmizdə 3631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2253 nəfər müalicə olunaraq sağalıb, 43 nəfər vəfat edib.

Nazifrlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 1335 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 46 nəfərin vəziyyəti ağır, 64 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 245.609 test aparılıb.