• 2 İyul 2025
logo
Abşeron dairəvi dəmiryol xətti ilə daha iki qatar hərəkətə başlayacaq

Abşeron dairəvi dəmiryol xətti ilə daha iki qatar hərəkətə başlayacaq

Sərnişin sıxlığının artması ilə əlaqədar bu gündən etibarən Abşeron dairəvi dəmir yolu xətti ilə daha iki qatar hərəkətə başlayacaq.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "APA-Economics"ə verilən məlumata görə, Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə hərəkət edən 6620 nömrəli qatar Sumqayıtdan 18:10-da yola düşəcək və Bakıya 19:00-da çatacaq. Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət edən 6023 nömrəli qatar isə Bakıdan 19:16-da yola düşəcək və Sumqayıta 19:53-də çatacaq.

Qeyd edək ki, bu qatarlar yalnız iş günlərində işləyəcək.