• 26 Noyabr 2020
logo
Nazirlik: Magistr dissertasiyasının müdafiəsi qüvvədə qalır

Nazirlik: Magistr dissertasiyasının müdafiəsi qüvvədə qalır

Magistrlər üçün magistratura dissertasiyasının müdafiəsi qüvvədə qalır.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərli bildirib.

Onun sözlərinə görə, magistraturanı bitərənlərin əksəriyyəti doktorantura səviyyəsi üzrə təhsillərini davam etdirirlər. Bunun üçün isə magistrın dissertasiyanı müdafiə etməsi lazımdır:

“Bunu nəzərə alaraq, dissertasiyanın müdafiəsi qüvvədə qalır. Magistaratura səviyyəsində təhsil magistr dissertasiyasının müdafiəsi ilə yekunlaşır. Dissertasiyaların yazılmasına qoyulan tələblər Nazirlik ilə razılaşdırılmaqla məktəblərin Elmi şuraları tərəfindən müəyyən ediləcək. Buraxılış işindən fərqli olaraq, magistratura dissertasiyalarının yazılması üçün müəyyən edilən vaxt daha uzunmüddətlidir. Tələbə iki il müddətində müəyyən tədqiqatlar aparır”.

Y.Ömərli qeyd edib ki, magistr dissertasiyasının müdafiəsi üzrə ixtisaslamış şuralar Təhsil Nazirliyi tərəfindən təsdiqlənir. Bu şuralar təqvim ilinin sonuna kimi fəaliyyət göstəririlər.

Nazirlik rəsmisi qeyd edib ki, magistr hər hansı səbəbdən iyunda, iyulun əvvəlində dissertasiyanın müdafiəsində iştirak edə bilməsə, o, avqust, sentyabrda da müdafiədə iştirak edə bilər:

“Yaxud təqdim ilinin sonuna qədər magistr dissertasiyasının müdafiəsində iştirak edə bilər. Müdafiə ali məktəb tərəfindən müəyyən ediləcək. Bu barədə qərar qəbul edilməmişdən əvvəl ali məktəb dissertasiya işinin təşkili ilə bağlı təhlil aparacaq”.