• 28 Noyabr 2020
logo
Təhsil Nazirliyi: Şagirdlər arasında keçiriləcək qiymətləndirilmə monitorinq xarakterli olacaq

Təhsil Nazirliyi: Şagirdlər arasında keçiriləcək qiymətləndirilmə monitorinq xarakterli olacaq

Ümumtəhsil müəssisələrində təhsilalanların iyun ayında keçirilməsi nəzərdə tutulan qiymətləndirilməsi monitorinq xarakterli olacaq.

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdirinin müavini Orxan Abbasov deyib.

Onun sözlərinə görə, qiymətləndirmə seçilmiş siniflərdə və seçilmiş şagirdlər arasında həyata keçiriləcək:

"Qiymətləndirmə bütün şagirdləri əhatə etməyəcək. Çünki ölkədə 1 milyon 600 mindən çox şagird var. Mövcud qaydalara əsasən, onları bir araya toplamaq mümkün deyil".

O.Abbasov əlavə edib ki, qiymətləndirmənin konkret olaraq, hansı siniflərdə və hansı fənlər üzrə keçiriləcəyi ilə bağlı hələ qərar verilməyib:

"Bu qərarın olması da hazırkı vəziyyətdən çox asılıdır. Qərar mövcud şəraitə uyğun olaraq, veriləcək. Qərar verildikdə bu barədə ictimaiyyətə məlumat açıqlanacaq. Bu qiymətləndirmə monitorinq xarakterlidir. Biz bununla yoxlamaq istəyirik ki, şagirdlər tərəfindən teledərs və virtaul dərslərin mənimsənilməsi hansı səviyyədə olub. Ona görə də bu qiymətləndirmə ancaq konkret seçilmiş qrup üçün olacaq".