• 9 Dekabr 2024
logo
Azərbaycanda səhralaşma problemi BMT səviyyəsində müzakirəyə çıxarılıb

Azərbaycanda səhralaşma problemi BMT səviyyəsində müzakirəyə çıxarılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Bakıda səfərdə olan Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin müavini, BMT-nin “Səhralaşma ilə mübarizə haqqında” Konvensiyasının Baş Katibi İbrahim Tyao ilə görüş keçirilib.
Nazirlikdən verilənh məlumata görə, görüş zamanı Azərbaycanda səhralaşma problemi, quraqlığa gətirib çıxaran səbəblər, o cümlədən su ehtiyatlarının azalması, problemin həlli üçün sudan səmərəli istifadə və su itkilərinin azaldılmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb, bu sahədə Konvensiya ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.