• 2 Dekabr 2020
logo
Nazir müavini: “İnsan alveri ilə mübarizə sahəsində görülməli işlər çoxdur”

Nazir müavini: “İnsan alveri ilə mübarizə sahəsində görülməli işlər çoxdur”

“İnsan alveri ilə mübarizə sahəsində görülməli işlər çoxdur”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov deyib.

O bildirib ki, növbəti illərdə qarşıda duran hədəflər cinayət təqibinin, əməliyyat-axtarış fəaliyyətinin, maarifləndirmə işinin, qurbanların müdafiəsi və sosial reabilitasiyası üzrə fəaliyyətin səmərəsini daha da artırmaq, beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir.