• 27 İyul 2024
logo
Eldar Əzizov: "Dezinfeksiyaedici maddələr 10-15 dəqiqəyə əriyir, sürücülər bunu nəzərə almalıdırlar"

Eldar Əzizov: "Dezinfeksiyaedici maddələr 10-15 dəqiqəyə əriyir, sürücülər bunu nəzərə almalıdırlar"

“Əvvəllər axşamlar dezinfeksiya işləri aparırdıq”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
E. Əzizov əhalinin bununla bağlı narazılığı olduğunu bildirib: “Hazırda əhalini xəbərdar etməklə dezinfeksiya işləri şənbə günləri aparılmağa başlanıb. Xüsusi maddələr 10-15 dəqiqə ərzində əriyir. Sürücülər də bunu nəzərə almalıdırlar. Əgər avtomobillər çox sürətlə hərəkət edirsə, biz dezinfeksiya işləri ilə bağlı bunu nəzərə ala bilərik”.