• 5 Dekabr 2020
logo
Eldar Əzizov: "Yaxın perspektivdə bağçaların açılması məsələsinə baxılmayacaq"

Eldar Əzizov: "Yaxın perspektivdə bağçaların açılması məsələsinə baxılmayacaq"

"Bağçaların açılması birinci növbədə sanitar-epidemioloji vəziyyətdən asılıdır".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

Onun sözlərinə görə, mütəxəssislər, Operativ Qərargahın üzvləri qərar çıxarsalar, ondan sonra bağçalar istifadəyə verilə bilər: "Mənə elə gəlir ki, yaxın perspektivdə bu məsələyə baxılmayacaq".