• 28 Noyabr 2020
logo
Qərargah: Məscidlərin açılması sanitar-epidemioloji vəziyyətdən asılıdır

Qərargah: Məscidlərin açılması sanitar-epidemioloji vəziyyətdən asılıdır

“Bayram namazları ilə bağlı məscidlərin açılması hələ qadağandır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, növbəti həftə vəziyyətin necə olacağı məlum deyil: “Hər şey sanitar-epidemioloji vəziyyətdən asılıdır. Hazırkı imkanlarımız bugünkü vəziyyəti idarə etməyə imkan verir. Əgər yoluxma artarsa, yenidən sərtləşmə ola bilər”.

İ. Məmmədov qeyd edib ki, xaricdən gələnlər arasında yoluxmaların səviyyəsi yüksəkdir, 20 faizə, hətta 30 faizə çatır: “Məsələn, Ukraynadan sonuncu gələn təyyarədə 120 nəfərdən 29-da testlər pozitiv olub. Deməli, təyyarədə gələnlərin hamısı karantinə götürülməlidir. Rusiyadan gələnlərin arasında isə yoluxma 20 faizdir”.