• 5 İyul 2025
logo
Qərargah: Restoranların saat 18:00-dan sonra işləməsi barədə qərar yoxdur

Qərargah: Restoranların saat 18:00-dan sonra işləməsi barədə qərar yoxdur

“Bu gün restoranların saat 18:00-dan sonra işləməsi barədə qərar yoxdur”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

“Bu günə olan qərar budur ki, restoran və kafelər saat 18:00-a qədər işləyə bilər. Növbəti mərhələ vəziyyətdən asılıdır”, - deyə o əlavə edib.