• 5 İyul 2025
logo
Qərargah: İdman zallarının açılması müzakirə olunur

Qərargah: İdman zallarının açılması müzakirə olunur

“İdman zallarında bir çox idman alətləri birgə istfifadə edilir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, idman zallarının açılması bu baxımdan mürəkkəbdir: “Ancaq bu məsələ də müzakirə olunur, metodiki göstərişlər üzərində iş aparılır”.

TƏBİB-in şöbə müdiri qeyd edib ki, toy mərasimləri ilə bağlı da yumşaldıcı tədbirlər müzakirə olunur: “Amma indi bu barədə bir söz deyə bilmərik”.