• 1 İyul 2025
logo
Operativ Qərargah toyların bərpası məsələsinə münasibət bildirib

Operativ Qərargah toyların bərpası məsələsinə münasibət bildirib

"Toyların iyun-iyul aylarında keçiriləcəyi barədə bu gün hələ bir şey deyə bilmərik".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

"Bugünkü vəziyyətə istinad edə bilərik ki, şadlıq evlərinin açılması gözlənilmir. Amma bu, bugünkü statistikaya aiddir, növbəti həftə nə baş verəcək, statistika, sanitar-epidemioloji vəziyyət necə olacaq, ona uyğun qərar veriləcək", - deyə o əlavə edib.