Rus bölməsi ilə bağlı müraciət edənlərin sayı çox olarsa, əlavə siniflərin açılması üçün şərait yaradılır.
Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, bu ildən rus bölməsi üzrə I sinfə şagird qəbulunda müsahibə mərhələsi keçirilir.
M.Vəliyeva bu il müsahibə mərhələsində yaxşı nəticə göstərən uşaqların siniflərə yerləşdirildiyini də söyləyib: "1-ci siniflərə qəbul prosesinin demək olar ki, 90 faizi yekunlaşıb. Bu günə qədər qəbulla bağlı narazılıq olmayıb".