• 27 Noyabr 2020
logo
Dənizkənarı Milli Parkda masalar arasında məsafə 2 metrdən az olmamalıdır

Dənizkənarı Milli Parkda masalar arasında məsafə 2 metrdən az olmamalıdır

“İki ay ərzində Bakı bulvarında dezinfeksiya işləri mütəmadi aparılıb”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev bildirib.

İ. Mustafayev deyib ki, bulvarda müxtəlif nadir bitkilər var, bulvar dövlət tərəfindən qorunur: “Ötən dövrdə bu bitkilərə də qulluq edilirdi. Bu gün saat 00.00-dan bulvar açılıb. Bulvarda 10 nəfərdən artıq toplaşma olmamalıdır. İnsanlar ictimai iaşə obyektlərində sosial məsafəni gözləməlidir. Masaların arasında məsafə 2 metrdən, masalarda insanlar arasında məsafə 1 metrdən az olmamalıdır. Biz buna nəzarət edəcəyik”.

Dənizkənarı Bulvar İdarəsinin rəisi qeyd edib ki, əyləncə, attraksionlar və idman qurğuları, uşaq əyləncə qurğuları fəaliyyət göstərməyəcək: “Ümidvaram ki, hər birimiz məsuliyyəti dərk edəcəyik”.