• 22 Sentyabr 2020
logo
“Atlas”la Qazaxıstanın “Eurasia News” agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb”

“Atlas”la Qazaxıstanın “Eurasia News” agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb”

“Azərbaycanın “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə Qazaxıstanın “Eurasia News” agentliyinin rəhbəri Nurqali Jusipbay arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb”. Bu barədə “Xalq cəbhəsi”nə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məlumat verib. O, bildirib Əməkdaşlıq memorandumu çərçivəsində ölkə arasında informasiya mübadiləsi həyata keçiriləcək, qarşılıqlı maraq doğuran xəbərlərin daha böyük auditoriyaya çatdırılmasına çalışılacaq: “Xəbərlərdə və şərhlərdə iki ölkənin milli və təhlükəsizlik maraqlarına, o cümlədən ərazi bütövlüyünə xüsusi diqqət yetiriləcək, bu səpgili yazılara və şərhlərə önəm veriləcək. İki ölkə arasındakı siyasi, iqtisadi əlaqələrin gücləndirilməsi və ortaq layihələrin reallaşdırılması istiqamətləri araşdırılacaq və bu yöndə hesabatlar hazırlanacaq”.