• 28 Noyabr 2020
logo
TƏBİB: Metronun açılmasından sonra yoluxmada ciddi artım olması barədə fakt yoxdur

TƏBİB: Metronun açılmasından sonra yoluxmada ciddi artım olması barədə fakt yoxdur

“Bakı metrosunun açılmasından sonra koronavirusa yoluxmada ciddi artımın olması barədə bizdə fakt yoxdur”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, son dövrlər yoluxma daha çox lokal, iş yerlərində qaydalara məsuliyyətsiz yanaşma ilə əlaqədardır: “Biz həmişə demişik ki, ikinci dalğa ola bilər. Bizim əhalimizə bərabər sayda olan Avropa dövlətlərində on minlərlə yoluxma olub. Bizdə isə yoluxanların sayı 3 minə yaxınlaşır. Vətəndaşlarımız da artımın olmaması üçün məsuliyyətli olmalıdırlar”.