• 1 Dekabr 2020
logo
TƏBİB İdarə Heyətinin sədri: “Azərbaycanda karantin rejimi bu ilin sonuna qədər davam edəcək”

TƏBİB İdarə Heyətinin sədri: “Azərbaycanda karantin rejimi bu ilin sonuna qədər davam edəcək”

“Bütün dünya ölkələri sərt karantin rejimi əvəzinə insanları virusla birgə yaşamağa öyrəşdirməyə başlayıb”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, yaxın 1 il ərzində vaksinin əldə olunması gözlənilmir: “Virusu orqanizmdən kənarlaşdırmaq üçün dərman da yoxdur. Bütün amillər deməyə əsas verir ki, qaydalar çərçivəsində yaşamağa alışmalıyıq”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, Azərbaycanda karantin rejimi bu ilin sonuna qədər davam edəcək: “Ola bilər ki, xüsusi karantin rejimindən çıxaq. Tibb müəssisələrimizin resursları, tibbi imkanlarımız xəstələrin vaxtında aşkar olunması və müalicəsinə adekvatdır. Ancaq bu yükün nə dərəcədə artması vətəndaşlarımızın sosial məsuliyyətindən asılı olacaq”.