• 28 Noyabr 2020
logo
TƏBİB sədri: "Hər bir həkimin əməyi qiymətləndiriləcək"

TƏBİB sədri: "Hər bir həkimin əməyi qiymətləndiriləcək"

“Biz də sosial şəbəkələrdən həkimlərin əmək haqqı ilə bağlı məsələləri oxuyuruq ”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, hazırda aprel ayının əməkhaqqı verilir: “Tibb işçilərinin müəyyən hissəsinin əməkhaqqı gündəlik hesablanır. Fədakar həkimlərimiz əmin ola bilərlər ki, hər bir həmkarımızın əməyi qiymətləndiriləcək. Onların haqqı olan vəsait onlara çatacaq. Hər hansı faktlar olarsa, müraciətlərə dərhal reaksiya verilir".