• 28 Noyabr 2020
logo
Ölkə üzrə park və bulvarlara giriş qadağası qaldırılır

Ölkə üzrə park və bulvarlara giriş qadağası qaldırılır

Mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə bir sıra məhdudiyyətlər qaldırılır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu şəhərlərdə bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür.