• 27 Noyabr 2020
logo
“T-finance Ltd” MMC yeni tikiş müəssisəsi açıb

“T-finance Ltd” MMC yeni tikiş müəssisəsi açıb

"T-finance Ltd” MMC may ayının 10-da yeni tikiş müəssisəsinin açılışını edib. Yeni müəssisə ən keyfiyyətli texnoloji maşın və avadanlıqlarla təchiz edilib. Müəssisə pandemiya dövründə əsasən gigiyenik yataq dəstləri, tibbi geyimlər və bu yönümlü xüsusi mallar istehsal edəcək.
Açılışın rəmzi olan qırmızı lent şirkətin icraçı direktoru İlahə İlyasova və aktrisa Xuraman Əlizadə tərəfindən kəsilib. Tədbir iştirakçılarını salamlayan Səbuhi Bayramovun giriş nitqindən sonra Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə müəssisənin icraçı direktoru İlahə İlyasova çıxış edərək bildirib: "Müəssisəmizin 10 May Ümummilli Lider Heydər Əliyevin doğum günündə açılması təsadüfi deyil. Bu fikir təkcə mənim deyil, həm də kollektivin arzusu idi. 2013-cü ildə fəaliyyətə başlamış "T-finance Ltd” MMC neçə illərdir ökəmizdə müxtəlif növ qida məhsullarının istehsalı ilə məşğul olan müəssisələrdəndir. Məhsullarımızın keyfiyyəti ilə cəlb etdiyimiz müştərilərimizin etibarı bizim üçün hər zaman prioritet olub. Elə bu səbəbdən də şirkətimizin kollektivi dünyanın düçar olduğu bu ağır pandemiya dövründə öz ənənəsinə sadiq qaldı. Belə ki, bir müddət əvvəl pandemiya təhlükəsinin ciddiliyini nəzərə alan ölkə başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa ünvanladıqları "Evdə qal” çağırışına bu ağır dövrə biz də öz töhfəmizi verməyə çalışdıq. Əlbəttə ki, ölkə rəhbərinin xalqa ünvanladığı bu çağırış pandemiya təhlükəsinin qarşısını qısa zamanda almaq məqsədilə bərabər, həm də sosial yardımlaşmaya, birliyə, bərabərliyə dəvət idi. Dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizdən tutmuş ölkəmizdə fəaliyyət göstərən ən xırda müəssisələrə, sadə vətəndaşlara qədər hər bir şəxs səfərbər olublar. Bu həm də xalqın İlham Əliyevin ətrafında sıx birliyinin bir təzahürü və təsdiqi idi. Bəli, o şirkətlərin sırasında "T-finance Ltd” MMC-nin imzası da var. Biz qısa müddət ərzində əlliyə yaxın işçi vakansiyası elan edərək, tikiş müəssisəsi açdıq. Qeyd edim ki, müəssisə ən keyfiyyətli texnoloji maşın və avadanlıqlarla təchiz edilib. Peşəkar dərzilər cəlb etmişik. Hazırda müəssisədə dövrün tələblərinə uyğun olaraq, gigiyenik yataq dəstləri və bu yönümlü mallar istehsal ediləcəkdir.
İstehsal etdiyimiz gigiyenik yataq dəstləri və tibbi geyimlər ilk növbədə körpələr evinə, qocalar evinə və müəyyən klinikalara pulsuz paylanacaqdır. Əsas hədəfimiz təkcə paytaxtımızda deyil, eləcə də, bölgələrimizdə müəssisəmizin yeni istehsal mərkəzlərini açmaq və çoxlu sayda vətəndaşımızı işlə təmin etməkdir. Onu da vurğulamaq istərdim ki, bölgələrdə açılacaq filiallarımızdan ilklərdən biri Cocuq Mərcanlıda olması nəzərdə tutulub”. İcraçı direktor çıxışında həmçinin gələcək planlarından söz açıb və görüləcək işlərlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. İlahə İlyasova çıxışının sonunda ölkədə sahibkarlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə xüsusi təşəkkürünü bildirib. Açılışda MMC-nin idarə heyətinin üzvləri, bank nümayəndələri Fuad Abdulov, Rauf Quliyev, ictimaiyyət nümayəndələri Elnur Həmzəyev, Tamerlan İsayev də fikir və arzularını ifadə etmişlər. Xadırladaq ki, "T-finance Ltd” MMC yeni müəssisənin açılış mərasimi karantin dövrünün şərtlərinə tam uyğun şəkildə təşkil edilmişdi.