• 24 Noyabr 2020
logo
Bakıda 300-ə yaxın əsas küçə və prospektdə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Bakıda 300-ə yaxın əsas küçə və prospektdə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

May ayının 16-sı səhər saatlarından etibarən şəhər mərkəzi və qəsəbələrdəki 300-ə yaxın əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bu barədə Bakı Şəhər İcra hakimiyyətindən bildirilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.