• 5 Dekabr 2020
logo
Leyla Abdullayeva: “Xaricdə koronavirusdan ölənlər arasında vətəndaşlarımız da var”

Leyla Abdullayeva: “Xaricdə koronavirusdan ölənlər arasında vətəndaşlarımız da var”

“Xaricdə koronavirusa yoluxanlar arasında Azərbaycan vətəndaşları və Azərbaycan əsilli şəxslər də var”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

XİN mətbuat katibi qeyd edib ki, xaricdə koronavirusdan ölən vətəndaşlarımız da var: “Onların nəşinin ölkəyə gətirilməsinə icazə verilir. Bunun üçün aidiyyəti ölkələrin qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir”.