• 27 İyul 2024
logo
İtaliyada sənaye istehsalı rekord səviyyədə azalıb

İtaliyada sənaye istehsalı rekord səviyyədə azalıb

2020-ci ilin mart ayında İtaliyada sənaye istehsalı bu ilin fevralı ilə müqayisədə rekord səviyyədə - 28,4% azalıb.

"APA-Economics" İtaliyanın Milli Statistika İnstitutuna (ISTAT) istinadən xəbər verir ki, bu azalma ən pessimist proqnozlardan daha yüksək olub. Bunun əsas səbəbi kimi, ölkədə bir çox müəssisənin COVID-19 pandemiyasına görə bağlanması göstərilir.

İllik müqayisədə İtaliyanın sənaye istehsalında azalma 29,3% çatıb, iqtisadiyyatda isə ümumi istehsal I rübdə 8,4% azalıb.

Qeyd edək ki, ISTAT-ın hesablamalarına görə, 2020-ci ilin ilk üç ayında İtaliya iqtisadiyyatı 4,7% azalıb, dövlətin proqnozuna əsasən, bu il ÜDM ümumilikdə 8% azalacaq.