• 30 Noyabr 2020
logo
Teledərslərin sabaha olan cədvəli açıqlanıb

Teledərslərin sabaha olan cədvəli açıqlanıb

Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı" proqramının 11 may tarixinə olan cədvəli açıqlanıb.
Nazirlikdən verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da - Fiziki tərbiyə; 10:15-də VI sinif - Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix; 11:05-də V sinif Riyaziyyat, Tarix, İnformatika-Rəqəmsal bacarıqlar; 11:30-da - Məktəbəhazırlıq; 11:40-da IV sinif - Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 12:15-də III sinif - Azərbaycan dili, İngilis dili; 12:40-da II sinif - Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 13:15-də I sinif şagirdlərinə Azərbaycan dili, Riyaziyyat, İngilis dili dərsləri olacaq.
Rus bölməsi üçün saat 14:00-da Məktəbəhazırlıq; 14:10-da V sinif - Rus dili, Riyaziyyat, İnformatika-Rəqəmsal bacarıqlar; 14:40-da VI sinif - Rus dili, Riyaziyyat, Fizika; 15:25-də XI sinif şagirdlərinə Rus dili, Riyaziyyat, Fizika dərsləri olacaq.