• 27 İyul 2024
logo
Qərargah: Bugünkü göstəricilər belə deməyə əsas verir ki, təkrar sərtləşdirməyə hələlik ehtiyac yoxdur

Qərargah: Bugünkü göstəricilər belə deməyə əsas verir ki, təkrar sərtləşdirməyə hələlik ehtiyac yoxdur

“Sərt karantin rejiminin tədricən yumşaldılması nəticəsində ikinci dalğanın baş verməsi gözlənilən idi”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, bugünkü göstəricilər belə deməyə əsas verir ki, təkrar sərtləşdirməyə hələlik ehtiyac yoxdur: “Metronun açılması ilə bağlı da tibbi göstərişlər hazırlanıb. Xəstəxanalarımız tam hazır vəziyyətə gətirilib, təchizat məsələləri həll olunub. Amma bu, vətəndaşlarımızın məsuliyyətindən daha çox asılıdır. Bu gün sərtləşməyə ehtiyac olmasa da, gələcəkdə vətəndaşlarımızın məsuliyyəti ilə bağlı sərtləşdirmə tətbiq oluna bilər”.