• 24 Noyabr 2020
logo
TƏBİB: Önümüzdəki günlərdə yaşı 65-dən yuxarı olanlarla bağlı karantin rejimi yumşaldıla bilər

TƏBİB: Önümüzdəki günlərdə yaşı 65-dən yuxarı olanlarla bağlı karantin rejimi yumşaldıla bilər

"Önümüzdəki günlərdə yaşı 65-dən yuxarı olan şəxslərlə bağlı karantin rejiminin yumşaldılmasına qərar verilə bilər".

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Bununla belə, o qeyd edib ki, gənclərin böyükləri qorumaq üçün atacağı addımlardan çox şey asılıdır: "Biz tibbi maskalardan istifadə etməli, sosial məsafəni qorumalıyıq. Böyüklərimiz də çölə çıxmalı, hərəkət etməlidir".