• 29 Noyabr 2020
logo
TƏBİB sədri koronavirusdan sağalanların sayının az olmasının səbəbini açıqlayıb

TƏBİB sədri koronavirusdan sağalanların sayının az olmasının səbəbini açıqlayıb

“İnsan bədəninin virusa reaksiyası müxtəlifdir, ən geci 14 gündə yoluxma özünü biruzə verir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, fərdi vasitələrdən istifadə edilməməsi, sosial məsafənin saxlanmaması dalğavari ikinci prosesin üzə çıxmasına səbəb olub: “Bəzi mütəxəssislər hesab edirdi ki, virus mutasiyaya uğrayaraq itə bilər. Ancaq virus itməyib, aramızdadır. Nə qədər çox təmas olacaqsa, yoluxmanın o qədər artacağı gözlənilir”.

Sağalanların sayının kəskin azalmasına gəlincə, TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, sərt karantin rejimi dövründə, yəni aprelin 27-dən əvvəl yoluxanların sayı azalmışdı: “Sağalmanın da bəlli bir dövrü var. Bu müddət tibbi qaydalara uyğun davam etməlidir. Əvvəlcə yoluxanların sayı az olduğu üçün sağalanların da sayı az idi. İndi yoluxma artıb, gələcəkdə sağalanların da sayında artım müşahidə edəcəyik”.