• 1 Dekabr 2020
logo
Qərargah: Böyük ticarət mərkəzlərinin bu ayın sonuna açılması gözlənilmir

Qərargah: Böyük ticarət mərkəzlərinin bu ayın sonuna açılması gözlənilmir

“Böyük ticarət mərkəzlərinin açılması gündəmdədir. Bu məsələ müzakirə olunur. Gələcək günlərdə açılmasını gözləmək olar. Lakin böyük ehtimalla, onların bu ayın sonuna açılması gözlənilmir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, ticarət mərkəzləri açılsa belə, bəzi məhdudiyyətlərə və qaydalara əməl edilməlidir: “Məsələn, ticarət mərkəzlərindəki uşaq əyləncə mərkəzləri, qida bölmələri kimi yerlərin fəaliyyətinə məhdudiyyətlər qoyula bilər”.