• 1 İyul 2025
logo
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinə direktor təyin olunub

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinə direktor təyin olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzinə direktor təyin olunub.

AMEA-dan APA-ya verilən məlumata görə, kənd təsərrüfatı elmləri doktoru, professor Fərman Quliyev AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

Bu barədə qərar AMEA Rəyasət Heyətinin mayın 8-də baş tutan onlayn iclasında verilib.