• 28 Noyabr 2020
logo
"Metro stansiyalarındakı apteklərə tibbi maska satışı üçün tam şərait yaradılacaq" - RƏSMİ

"Metro stansiyalarındakı apteklərə tibbi maska satışı üçün tam şərait yaradılacaq" - RƏSMİ

“Bakı Metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərə tibbi maska satışı üçün tam şərait yaradılacaq”.

Bu barədə “Bakı Metropoliteni”nin sərnişinlərə müraciətində bildirilib.

Qurum bildirib ki, “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq tibbi maska taxmadan metropolitendən istifadə edilməsi qadağandır. Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda tibbi maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.