• 12 İyul 2025
logo
"Azercell" abunəçiləri balansından "Bakcell" və "Nar" nömrələrinin balansını artıra biləcək

"Azercell" abunəçiləri balansından "Bakcell" və "Nar" nömrələrinin balansını artıra biləcək

Bu ilin iyunun 8-dən etibarən "Azercell"in fakturasız ("SimSim") xətt sisteminə aid nömrələrin abunəçiləri "Mobil Ödəmə" xidməti vasitəsilə nömrələrinin balansında olan məbləğdən "Azercell" ilə yanaşı "Bakcell" və "Nar" mobil operatorlarına aid digər nömrələrin də balansını artıra biləcək.

Bzymedia.az bunu "Azercell"in yaydığı məlumata istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, digər nömrələrin balansına keçirilən məbləğə 5% həcmində xidmət haqqı (ƏDV daxil olmaqla) tətbiq ediləcək.