• 29 Noyabr 2020
logo
Nazir: "Hərbi xidmətə getməli olan tələbələrə diplomun verilməsində hər hansı problem olmayacaq"

Nazir: "Hərbi xidmətə getməli olan tələbələrə diplomun verilməsində hər hansı problem olmayacaq"

"Hərbi xidmətə getməli olan oğlan tələbələrə diplomun verilməsində hər hansı problem olmayacaq".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib. Nazir deyib ki, hər hansı səbəbdən diplomunu ala bilməyib hərbi xidmətə gedən şəxslərin ailə üzvləri müvafiq sənədləri verməklə diplomu ala biləcəklər: "Bu, üzrlü səbəbdir, ona görə də valideynlər rəsmi müraciət edib diplomu ala bilərlər".