• 24 Noyabr 2020
logo
9 və 11-ci sinif üçün buraxılış imtahanları iyun ayında keçiriləcək

9 və 11-ci sinif üçün buraxılış imtahanları iyun ayında keçiriləcək

“9 və 11-ci sinif üçün buraxılış imtahanları iyun ayında planlaşdırılır”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

DİM Direktorlar Şurasının sədri deyib ki, mart, aprel, may və iyun ayında proqramda nəzərdə tutulan mövzular imtahan zamanı qiymətləndirilməyəcək: “Bu aylarda nəzərdə tutulan mövzular buraxılış imtahanında qiymətləndirilməyəcək”.

M. Abbaszadə qeyd edib ki, 9-cu sinif şagirdləri üçün Azərbaycan dili imtahanı kağız daşıyıcılarında keçiriləcək : “İmtahana buraxılış vərəqəsini hər bir şəxs şəxsi kabinetindən əldə edəcək. Şagirdlər yaşadığı regionlarda imtahanda iştirak edəcək. Regionlar arasında şagirdlərin imtahan verməsi nəzərdə tutulmur. İyun ayında 160 mindən çox şagird imtahanda iştirak edəcək. Onların hərəsi bir masa arxasında oturacaqsa, biz təxminən 320 minlik yer hazırlamalıyıq ki, o kontingenti yerləşdirək”.