• 21 Sentyabr 2020
logo
İngilis dili və biologiya müəllimi olmaq istəyənlər imtahan verir

İngilis dili və biologiya müəllimi olmaq istəyənlər imtahan verir

İyulun 12-də ingilis dili və biologiya fənni üzrə müəllim olmaq istəyən namizədlər imtahan verir.
Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanda 3280 namizədin iştirakı gözlənilir.
Qeyd edək ki, iyulun 11-də ingilis dili fənni üzrə keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanda namizədlərdən Aydan Sadıqova 56 bal toplayaraq yüksək nəticə göstərib. Aydan Sadıqova Azərbaycan Dillər Universitetinin məzunudur.
İmtahanlar iyulun 24-dək davam edəcək.